“Xəzər Lənkəran”ın baş məşqçisi Con Benjamin Toşak Lənkəranı tərk edib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, uesli mütəxəssisin Azərbaycandan gedişinin səbəbi istirahəti ilə bağlıdı. Belə ki, Cənub klubunun təcrübəli çalışdırıcısı komandaya üç günlük istirahət verib. Toşak da bundan yararlanaraq İstanbula yola düşüb. Türkiyəyə yollanan baş məşqçi ordan da öz vətəninə gedəcək.