Xəbər verdiyimiz kimi Premyer Liqanın XIV turunda səfərdə "Bakı"ya 3:0 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransına qatılmayıb.
Məhşur mütəxəssisin bu hərəkəti ona başa gələcək. İdmanxeber.com-un əldə etdiyi məlumata görə, buna görə İK çalışdırıcını 1000 manat cərimələyəcək.