Premyer Liqanın VIII turu çərçivəsində dünən “Fırtınalar meydanı”nda “İnter”ə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” qarşılaşmanın ardından bir günlük sərbəst buraxılıb.
Bu gün istirahət edəcək “ağ-yaşıllar”, sabah yenidən bir araya gələcək.
Cənub təmsilçisi iki gün ərzində doğma şəhərdə hazırlaşacaq. Komanda oktyabrın 1-dəki günorta məşqindən sonra Lənkəranı tərk edərək Bakıya yollanacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IX turu çərçivəsində “Rəvan”ın qonağı olacaq. Bu görüş oktyabrın 4-də baş tutacaq.
12cioyuncu.info