Kateqoriyasız

Toşakla problemi olan Adrian Pit nəyə ümid edir?: “Məmnuniyyətlə yenidən bu kluba qayıdaram”

"Makkabi" ilə biabırçı oyundan sonra "Xəzər Lənkəran"dan ayrılan Adrian Pit hazırda vətəni Rumıniyadadır. Son günlər Con Toşakın istefaya gedəcəyi və onun yerinə Mirça Rednikin gətiriləcəyi ilə bağlı yayılan söhbətlərdən sonra Pitlə yenidən əlaqə saxlamağı lazım bildik.  

Rumın futbolçu yenidən Lənkərana qayıtmaq istəyini ortaya qoyub: "Gedişimi haqsızlıq sayıram. Mənim heç kiminlə problemim yox idi. Rəhbərliklə, futbolçularla, azarkeşlərlə hər şey əla idi. Tək problemim Toşakla bağlı idi. Onun gedişinin nə dərəcədə real olduğunu deyə bilmərəm. Əgər bu, baş tutarsa və təbii ki, "Xəzər Lənkəran" rəhbərliyi də məsləhət bilərsə, məmnuniyyətlə yenidən bu kluba qayıdaram". (sportinfo) 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43