03 Fevral 2025
Dünya futbolu

“Tottenhem” millinin üzvü ilə anlaşdı

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi Fransa “Lans”ının müdafiəçisi Kevin Danso ilə müqavilə bağlayıb. Premyer Liqa klubu 26 yaşlı futbolçunu satın almaq öhdəliyi ilə mövsümün sonuna qədər icarəyə götürüb.

Avstriya millisinin üzvünün “Transfermarkt” portalındakı dəyəri 25 milyon avrodur. Danso Avro-2024-də dörd oyundan üçündə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43