“Tottenhem” hücumçusu Som Hən Minlə yeni müqavilə bağlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onunla daha bir il müqavilə uzadılacaq.
Daha əvvəl Koreya millisinin oyunçusu “Barselona”, “Real” kimi klubların maraq dairəsində olduğu yazılmışdı.
Bu mövsüm 32 yaşlı koreyalı bütün yarışlarda 20 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.