UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, sentybarın 17-də İngiltərədə keçiriləcək qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Adrien Yakkottet olacaq. Ona həmyerliləri Rafael Zeder və Vital Jobin köməklik edəcək. Yohannes Voqel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.