27 Sentyabr 2024
Ölkə futbolu

“Tottenhem” – “Qarabağ” oyunu bu saatda start götürəcək

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına gpprə, matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac komandamızın qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43