12 Fevral 2025
Dünya futbolu

“Tottenhem” Sonla yolları ayırır

“Tottenhem” kapitanı Son Hın Min barədə qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu oyunçu ilə yollarını ayırmaq niyyətindədi. Mövsüm sonunda 32 yaşlı futbolçu üçün gələn təkliflər dəyərləndiriləcək.

Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.

Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqada 33 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43