04 Fevral 2025
Dünya futbolu

“Tottenhem”də ciddi itki

“Tottenhem” klubunun  müdafiəçisi Radu Draquşin sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı futbolçu Avropa Liqası Liqa mərhələsinin sonuncu turunun “Elfsborq”la matçda zədələnmişdi. 23 yaşlı futbolçunun əməliyyat olunacağı bildirilir.

O, mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək. Rumıniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində 28 rəsmi matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43