17 Sentyabr 2024
Ölkə futbolu

“Tottenhem”də “Qarabağ” oyunu öncəsi ciddi itki

“Tottenhem” Avropa Liqası liqa mərhələsindəki ilk oyununda “Qarabağ”a qarşı ciddi itki ilə çıxacaq.

İdmanxeber.az “The Standart” nəşrinə istinadən xəbər verir ki, Kristian Romero bu görüşdə iştirak edə bilməyəcək. Buna səbəb futbolçunun cəzalı olmasıdır. 

Baş məşqçi Anqelos Postekoğlunun Romeronun yerinə Van de Venə forma verəcəyi bildirilir. 

Sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43