“Tottenhem”in hücumçusu Son Hın Minin müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdi
32 yaşlı koreyalı London klubuna 2015-ci ilin yayında keçib. Bu müddət ərzində o, 431 oyun keçirib, 169 qol vurub və 90 məhsuldar ötürmə edib. Futbolçu “Tottenhem”in bombardirlər siyahısında 4-cü yerdədir.
Bu mövsüm 23 matçda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.