“Tottenhem” rəhbərliyi baş məşqçi Ange Postekoğlunu istefaya göndərmək fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “The Telegraph” nəşrində xəbər dərc edilib. London klubu son 7 oyunda yalnız birində qalib gəlib.
Bu səbəbdən də baş məşqçinin gələcəyi ilə bağlı müzakirələr var idi. Ancaq rəhbərliyin onu göndərmək niyyətində olmadığı bildirilir.