Dünya futbolu

“Tottenhem”də Keyn şoku

İngiltərə Premyer Liqasında yüksək yerlər uğrunda mübarizə aparan “Tottenhem” klubu ciddi itki ilə üzləşib.

London təmsilçisinin aparıcı hücumçusu Harri Keyn uzun müddətlik sıradan çıxıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, İngiltərə Federasiya kubokunda “Milloul”la matçda zədə alan futbolçunun sağ ayağının diz bağlarında zədə olduğu aşkarlanıb. Onun 6-7 həftə komandadan kənarda, fərdi məşqlər edəcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Keyn “Tottenhem”in ən sərrast futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43