Kateqoriyasız

“Tottenhem”in baş məşqçisindən etiraf: “Səhv etmişəm”

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Ayaks”a 0:1 hesabı ilə uduzan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis məğlubiyyəti şərh edib: “Oyuna çox pis başladıq. “Ayaks” meydanda daha çox enerji sərf etdi.  Qol buraxandan sonra oynamağa başladıq. Mussa Sissokonun oyuna daxil olmadı lehimizə oldu. İkinci hissədə daha çox qol epizodları yaratmağa çalışdıq. Hələ həyatdayıq. 0:1 hesabı ilə uduzmuşuq. Hollandiyada qalib gələcəyimizə inanmağımız lazımdır”.

47 yaşlı çalışdırıcı oyunun başlanğıc planında səhvə yol verdiyini deyib: “Uduzduq və oyunun start planında səhv etdiyimi qəbul edirəm. Ancaq çox seçim imkanı yoxdur. Fərqli şəkildə başlasaydıq, nələr olacağını bilməzdik. Xoşbəxt deyiləm. Oyuna yanaşmamız yaxşı deyildi. Bu komandanın baş məşqçisi mənəm və məsuliyyəti öz üzərimə götürürəm”.

Cütün cavab oyunu mayın 8-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43