20 Yanvar 2025
Kateqoriyasız

“Tottenhem”in düşərgəsindən şad xəbər: 7 əsas futbolçu Bakıya gətirilmədi

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Tottenhem” Bakıya yola düşüb.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Poçettino Bakıya gətirilən siyahıya 7 əsas futbolçunu daxil etməyib. Bunlar Mussa Dembele, Deni Rouz, Kayl Uolker, Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard və Erik Lameladır.

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı sabah saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43