Müsahibə

Tounkara: “Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi?”

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində Azal doğmameydanda "Qarabağ" a 2:1 hesabı ilə məğlub olub. 

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra AZAL-ın yeni transferi Sadio Tounkara oyundan qovulması ilə bağlı olan epizoda şərh verib. 

-Epizodun təkrarına baxanda görünürdü ki, qayda pozuntusu yoxdur. Fikrin nədir?

-Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi hakim? Heç nə anlaya bilmədim.

-Sən İbrahim Şehiçə toxunmuşdun?

-Orda heç nə yox idi. Mən heç kimə toxunmamışam.  

-Bəlkə, hakimə etiraz etdiyin üçün qırmızı vərəqə ilə cəzalandın…

-Mən hakimə heç bir etiraz etməmişəm.

-Bu qərarın “Qarabağ”a nə dərəcədə köməyi oldu? Düşünmürsən ki, tam heyətlə oynasaydız, uduzmazdız…

-Tam heyətlə oynasaydıq, məncə, məğlub olmazdıq, ən azından heç-heçə edə bilərdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43