“Turan Tovuz” azarkeşləri hakimlərin performansından narazıdır.
İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, azarkeşlər referilərin idarəçiliyinə qarşı aksiya başladıblar. Belə ki, fanatlar Tovuz şəhər stadionunun önündə imza toplayır.
Azarkeşlərin imzasının AFFA-ya göndəriləcəyi bildirilir. Həmçinin fanatlar hakimlərin performansından narazı qaldıqları üçün bəyatan da yayıblar.