“Turan Tovuz” stadionunun işıqlandırma sisteminin son çalışmaları gedir.
İdmanxeber.az-a verilən məlumata görə, 2-3 gün ərzində arenanın işıqlanması üçün nəzərdə tutalan lampalar dirəklərə qurlaşdırılacaq. Bunun ardından isə sınaq müddəti başlayır. İşıqlandırma sistemi standartlara cavab verəcəyi təqdirdə, Tovuz klubu ev oyunlarını axşam saatlarında keçirə biləcək.
İşlərin ən qısa vaxtda sona çatması planlaşdırılır. Belə ki, işıqlandırma sisteminin komandanın “Neftçi” ilə Misli Premyer Liqasının VIII turunda keçirəcəyi ev oyununa qədər hazır olması gözlənilir.
Bu halda isə “ağ-qaralar”la oyun Tovuzda axşam saatlarında keçirilən ilk qarşılaşma kimi tarixə düşəcək.