21 Noyabr 2024
Ölkə futbolu Premyer Liqa

Tovuzda meydana çıxacaq komanda “Kəpəz”ə müraciət etdi, “hə” cavabı aldı

Misli Premyer Liqasının 14-cü turunda “Kəpəz”lə qarşılaşacaq “Araz Naxçıvan” oyunöncəki son məşqini matçın keçiriləcəyi Tovuz şəhər stadionunda keçməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi son məşqini bu gün Gəncədə edəcək. Buna səbəb “Kəpəz” Futbol Akademiyasındakı meydançaların təbii olmasıdı. “Araz Naxçıvan” rəhbərliyinin “Kəpəz” klubuna etdiyi müraciətə bölgə təmsilçisi müsbət cavab verib.

Qeyd edək ki, “Kəpəz” – “Araz Naxçıvan” oyunu sabah keçiriləcək və saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43