Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
Bu nəticənin ardından Tovuz klubu 10 xalla 3-cü, “qırmızı-qaralar” isə 4 xalla sonuncu sırada qərarlaşıb.
Turun maraqla gözlənilən oyununda son çempion “Qarabağ” öz meydanında ötən mövsümün 2-cisi olan “Sabah”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb -2:0.
Bu qalibiyyətin ardından “köhlən atlar” xallarının sayını 10-a yüksəldib. Paytaxt təmsilçisi isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ” 2:2
Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah” 2:0
Qollar: Juninyo, 56 (1:0), Hamidu Keyta, 88 (2:0)
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu