Misli Premyer Liqasında 21-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Ötən tur “Qarabağ”ı məğlub edən Tovuz klubu hazırda turnir cədvəlində 36 xalla 3-cüdür. “Səbail” isə 16 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.
Misli Premyer Liqası
21-ci tur
1 fevral
16:00. “Turan Tovuz” – “Səbail” 1:1
Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta 82, (1:1)
Qırmızı: Kaunas Martins 43, (Turan Tovuz)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu.