Hazırda davam edən “Turan Tovuz” – “Şamaxı” matçında yerli fanatlar Ayxan Abbasovu istefaya səsləyiblər.
İdmanxeber.az-ın məlumatına görə, buna komandanın qeyri-stabil çıxışı təsir edib. Yerli fanatlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şamaxı” ilə oyunda qələbə qazana bilməyən (1:1) komandanın çalışdırıcısını istefasını tələb ediblər.
Görüşün ardından isə fanatlardan biri Abbasova yaxınlaşaraq ona təkpi göstərib. Azarkeşin bu etirazına baş məşqçi çox sərt reaksiya göstərərək onun üzərinə hücum edib.
Polislərin və oyunçuların müdaxiləsindən sonra Ayxan Abbasovu sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, oyun heç-heçə başa çatıb -1:1.