İdman

Tovuzlular AFFA-nın qarşısında piket keçirəcək

Başa çatan mövsüm birinci divizionda çempionluğu bayram edib, ancaq lisenziyalaşdırmanın tələblərinə tam cavab vermədiyinə görə elitaya buraxılmayan “Turan Tovuz”un azarkeşləri klubun “feysbuk” səhifəsində öz həmyerlilərini Bakıda, AFFA-nın inzibati binasının önündə etiraz aksiyası keçirməyə çağırıblar.

İdmanxeber.com-un məlumatına görə, bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq: “Etiraz aksiyası, “Turan Tovuz” klubunun azarkeşlərinə haqsızlıq. Biz premyer-liqa istəyirik. Komandamıza dəstək verən, Tovuzda, Bakıda yaşayan həmyerlilərimizdən AFFA-nın binasının qarşısına gəlməyi xahiş edirik. Digər klubların azarkeşlərindən də Azərbaycan futbolu naminə bizə dəstək verməsini istəyirik”.

Işin maraqlı tərəfi odu ki, etiraz aksiyasının nə vaxt keçiriləcəyi bilinmir. Ən azı bu məqam təşkilatçıların qeyri-ciddiliyinə dəlalət edir.(“Futbol+”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43