“İnStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının 10-cu turunun rəmzi komandası açıqlanıb.
İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ən yaxşı “11-lik”də “Qarabağ”ın 6, “Qəbələ”nin 3, “Neftçi”nin 2 oyunçusu yer alıb:
Qapıçı: Hannes Halldorsson (“Qarabağ”)
Müdafiəçilər: Tural Axundov (“Neftçi”) – 2, Rahil Məmmədov (“Qarabağ”) – 2, Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ) – 3
Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) -2, Simeon Slavçev (“Qarabağ”) – 2, Sabien Lilay (“Qəbələ”) – 3, Con Delarj (“Qarabağ”) -2
Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”) – 5, Stiven Monroz (“Qəbələ”) – 2