22 Oktyabr 2024
Dünyadan

“Trabzonspor” “Spartak”la razılığa gələ bilmədi

Moskvanın “Spartak” klubunun yarımmüdafiəçisi İvelin Popov “Trabzonspor”a getməyəcək.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı Bolqarıstan millisinin üzvü Moskva klubunu tərk etməyəcək. Buna səbəb “Spartak”la “Trabzonspor” arasında müqavilə şərtlərinin razılaşdırıla bilməməsidir.

Bundan əlavə, İ.Popovun həyat yoldaşı onun Türkiyədə çıxış etməsini istəmir. Belə ki, qardaş ölkədə baş verən terror aktları Popovun həyat yoldaşını qorxuya salıb.

Xatırladaq ki, Tabzon təmsilçisi İvelin Popov üçün 3.5 milyon avro ödəməyə hazır idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43