“Qalatasaray” “Trabzonspor”un müdafiəçisi Eren Elmalını transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 3,5+1 illik müqavilə imzalanıb. “Qalatasaray” oyunçuya qarşılıq 129 milyon TL təzminat ödəyəcək.
Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.