31 Yanvar 2023
Kateqoriyasız

“Trabzonspor”un futbolçusu millimizi seçəcəkmi?

Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafiəçisi Murat Cem Akpınar millimizin şərəfini qoruya bilər.

İdmanxeber.az-ın məlumatına görə, Trabzon təmsilçisinin üzvü Azərbaycan və Türkiyə milliləri arasında seçim edəcəyini deyib.

61saat.com-a danışan 20 yaşlı yarımmüdafiəçi seçim etmədiyini bildirib: “Azərbaycanın aşağı yaş qruplarından ibarət millisində oynamışam. Təklif olsa, Türkiyə millisində çıxış edə bilərəm. Ancaq bu iki yığma arasında seçim etməmişəm”.

Akpınar 2015-ci ildə Azərbaycanın U-17 millisində 13 oyuna 2 qol vurub. Gənc futbolçu bu mövsüm “Trabzonspor”un heyətində Super Liqada 5 oyuna 1 qol vurub. O, Türkiyə kubokunda 3 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Rəqibin üzünə tüpürən Duqlas Kosta cəzalandırıldı

admin

Mxitaryan Bakıya gələ bilməməsindən danışdı: “Burada çox detal var”

admin

“Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək” – Elxan Məmmədov

admin