Dünya futbolu

“Trabzonspor”un prezidenti istefa verib

“Trabzonspor”da prezident seçkiləri keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri Ahmet Ağaoğlu tutduğu vəzifədən istefa verib. Bu barədə kklubun rəsmi saytından məlumat verilib.

Bildirilir ki, Ağaoğlunun istefasından ardından “Trabzonspor”da növbədən kənar seçkilər keçiriləcək. Seçkinin 18-19 mart tarixlərində keçirilməsi nəzərdə tutulub.

“Karadeniz” təmsilçisi Ahmet Ağaoğlunun rəhbərliyi ilə ötən mövsüm Super Liqada çempionluğu bayram edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43