17 Yanvar 2025
Dünya futbolu

“Trabzonspor”un qapıçısı Rusiya klubuna keçə bilər

“Tranzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını Rusiyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Zenit” klubu təcrübəli qolkiperlə maraqlanır. Türkiyə millisinin üzvünün yayda komandadan ayrılacağı gözlənilir. Ona bir neçə klubdan təklif olduğu da bildirilib.

27 yaşlı qapıçı karyerası ilə bağlı yekun qərarını verməyib. O, Avropa klublarının birində forma geyinmək niyyətindədir.

Uğurcan “Trabzonspor”un heyətində 200-yə yaxın oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43