Türkiyənin “Trabzonspor” klubunun üzvü Alanzinyo Azərbaycan Premyer Liqasında çıxış edə bilər.
İdmanxeber.com-un məlumatına görə, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib. Trabzon klubunun braziliyalı yarımmüdafiəçisi Azərbaycan klublarından biri ilə razılığa gəlib. Adı açıqlanmayan klubla 4 aylıq müqavilə bağlayacaq braziliyalı futbolçu bu müddətdə əldə edəcəyi qazanc 400 min avro olacaq.
Qeyd edək ki, Alanzinyonun bir neçə günə ölkəmizə gələcəyi gözlənilir.