21 Sentyabr 2024
Ölkə futbolu

“Transfer etdiyimiz və danışıq apardığımız futbolçularla çempionluğa oynamaq olar”

“Zaqatala” həmişə çempionluğa oynayır, amma çempion ola bilmir. Bizim hədəfimiz hər zaman birinci pillə və Premyer Liqa olub. I Liqada iştirak edən digər klublar kimi bizim də öz məqsədimiz var”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqa təmsilçisi “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov komandanın növbəti mövsüm hədəfləri barədə danışarkən deyib. O, kluba sponsor tapılmasının ardından heyət səviyyəsinin yüksələcəyini bildirib:

“Heyətə pis oyunçular cəb etmirik. Amma çempionluq tək heyətdən asılı deyil, burada bir çox amillər var. Hazırda transfer etdiyimiz və danışıq apardığımız futbolçularla çempionluğa oynamaq olar. Hansısa futbolçunun səviyyəsini aşağı-yuxarı göstərmək düzgün deyil. Çünki I Liqadakı futbolçuların səviyyələri eynidi.

Əgər kim aşkar favorit hesab edilirsə, gərək onun heyətində Premyer Liqa təcrübəsi olan oyunçular olsun. Bu gün hansısa klubda belə bir heyət görmürəm. İstisna olaraq “Qəbələ”nin adını çəkmək olar. Orada da PL təcrübəsi olan neçə futbolçu qalıb bilmirəm. Digər komandalarda isə eyni vəziyyətdi. Bütün futbolçular bu komandadan digərinə keçir. Belə fərqli, aşkar favorit yoxdu. Ötən mövsüm də vəziyyət belə idi”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43