Azərbaycan II Liqa təmsilçisi “Şəfa” transfer çalışmalarını sürətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi Premyer Liqa təcrübəsi olan futbolçularla gücləndirməyi planlaşdırır. Məhz bu baxımdan da komanda “İmişli”dən Tərlan Quliyev və son olaraq “Baku Sportinq”də çıxış etmiş Bəxtiyar Soltanovu rənglərinə bağlamağa yaxındı.
Qeyd edək ki, daha əvvəldən də “Şəfa” millinin sabiq üzvü Amil Yunanovun keçidini həll etmişdi.