Azərbaycan Premyer Liqası II turunda “Sumqayıt” səfərdə “Turan Tovuz”un qonağı olub.
İdmanxebe.az-ın məlumatına görə, görüş ev sahibi komandanın qələbəsiylə başa çatıb (1:0).
Matçın ardından Tovuz şəhər stadionunda maraqlı anlar yaşanıb. Belə ki, görüşün final fitindən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov dərhal meydanın mərkəzinə yollanıb.
O, baş hakim Tural Qurbanova kəskin etiraz edib. Təcrübəli mütəxəssis oyunun sonuna əlavə olunmuş 6 dəqiqənin az olduğunu bildirib.
O, “Bu qədər oyun dayanmamalıdır. Avropada matçlar dayananda görüşün sonuna 10-12 dəqiqə əlavalə edirlər” deyərək, Qurbanovun qərarına təpki göstərib.