“Turan Tovuz”un zədəli futbolçusu Joarlem Santosun durumuna aydınlıq gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, hücumçunun Bakıda MRT çəkilişindən sonra son durumu bilinib. Onun zədəsi ciddi deyil.
Santos baş məşqçi Kurban Berdiyev şans verəcəyi təqdirdə, qarşıdakı “Şamaxı” görüşündə oynaya biləcək.
Tovuz klubu ayın 23-də, səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.