Ölkə futbolu

“Turan Tovuz” Berdiyevi bu gün açıqlayır – Cavid Hüseynov da məşqçilər korpusunda

“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdiyevin olacağından xəbərdarsınız.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bu gün təcrübəli mütəxəssisi rəsmən açıqlayacaq. Berdiyevlə artıq müqavilə imzalanıb. 

Mütəxəssisin yardımcılarından biri də bəllidi. Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynov onun məşqçilər heyətində olacaq.

Ötən mövsümü II Liqa klubu “Cəbrayıl”da keçirən gənc çalışdırcı komandasını I Liqaya çıxarmağı bacarıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43