23 Dekabr 2024
Ölkə futbolu

“Turan Tovuz” birinci, “Qarabağ”ın oyunu ikinci oldu

Misli Premyer Liqasının 18-ci turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Turan Tovuz” – “Neftçi” matçıdı. Tovuzda baş tutan görüşü 3000 azarkeş izləyib.

Turun az maraq göstərilən matçı da Tovuzda keçirilib. “Kəpəz” – “Sumqayıt” oyununda cəmi 150 tamaşaçı qeydə alınıb.

Digər görüşlərdə qeydə alınan tərəfdar sayı belədir:

“Səbail” – “Zirə” – 200 (0:1)

“Qarabağ” – “Araz Naxçıvan” – 1100 (2:0)

“Şamaxı” – “Sabah” – 1000 (3:1)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43