Premyer Liqanın 13-cü turu çərçivəsində öz meydanında “Şamaxı”nı qonaq edəcək “Turan Tovuz” bugündən oyunun hazırlıqlarına başlayıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, komandanın heyətində cəzalı futbolçu yoxdu.
Zədəlilər Ehtiram Şahverdiyev və gürcüstanlı futbolçu Piruzi Marakvelidze “Şamaxı” ilə matçı buraxacaq.
Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxı” matçı noyabrın 4-də, saat 15:00-da keçiriləcək.