09 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” kapitanı ilə yolları ayırdı – RƏSMİ

“Turan Tovuz” Şəhriyar Əliyevlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisinin klubla olan müqaviləsinin müddəti başa çatıb.

Klub Premyer Liqaya yüksəldiyi 2022/2023-cü illər mövsümündən etibarən formanı geyinən kapitana təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43