Ölkə futbolu

“Turan Tovuz” məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Macarıstan təmsilçisi “Şiofok”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 2:0. Tovuz klubu bu gün, Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın “Nasaf” komandasıyla görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43