08 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 13 fevral tarixində, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43