Kateqoriyasız

“Turan Tovuz” – “Şəmkir” oyununda 13 qol

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda 2-ci liqa təmsilçisi “Şəmkir”lə üz-üzə gəlib. Matç “Turan Tovuz”un 13:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Tovuz təmsilçisi ötən mövsüm Premyer Liqanı 48 xalla 6-cı pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43