Premyer Liqa

Tovuzda 4 qol, “Sabah” lider oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Tovuzda baş tutub. Qarşılaşma 2:2 hesabı ilə sona çatıb.

Turun digər oyununda “Zirə” “Sabah”ın qonağı olub. Görüş ev sahibi komandanın qələbəsi ilə sona çatıb – 1:0.

Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.

 

Azərbaycan Premyer Liqası

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail” 2:2

Qollar: Runi Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Babək Quliyev

Tovuz şəhər stadionu.

17:30. “Sabah” – “Zirə”

Qol: Apeh, 72 (1:0)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov

Hakim-inspektor: Munis Abdullayev

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Qəbələ” ilə heç-heçə edib – 1:1. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43