01 Fevral 2025
Ölkə futbolu

“Turan Tovuz” “Səbail”i qəbul edir – YENİLƏNİR 

Misli Premyer Liqasında 21-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edəcək.

Ötən tur “Qarabağ”ı məğlub edən Tovuz klubu hazırda turnir cədvəlində 35 xalla 4-cüdür. “Səbail” isə 15 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.

Misli Premyer Liqası

21-ci tur

1 fevral

16:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43