Bu gün Misli Premyer Liqasında XXIX turun son oyunları keçirilib.
Günə “Turan Tovuz” – “Şamaxı” matçı ilə start verilib. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib -1:1.
Bu nəticənin ardından “Turan Tovuz” 29 xalla 6-cı pillədə qərarlaşıb. Xallarının sayını 21-ə çatdıran “Şamaxı” isə 9-cu pillədəki “Səbail”ə çatıb.
Turun son oyunu isə “Azersun Arena”da “Qarabağ” və “Kəpəz” arasında gerçəkləşib. Ağdam təmsilçisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
“Köhlən atlar” hazırda 77 xalla 1-ci pillədə yer alır. Gəncə təmsilçisi isə 25 xalla 7-ci sırada qərarlaşıb.
Misli Premyer Liqası, XXIX tur
9 aprel (bazar)
16:00. “Turan Tovuz” – “Şamaxı” 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. “Qarabağ” – “Kəpəz” 3:1
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”
Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” evdə “Zirə”ni, “Səbail” “Şamaxı”nı 2:1, “Neftçi” isə səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə üstələyib.