16 Sentyabr 2024
Kateqoriyasız

“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Kurban Berdıyevin komandası son mövsümü Türkiyə Super Liqasında keçirən “Pendikspor”la qarşılaşıb.

Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

“Turan Tovuz” iyulun 22-də Super Liqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43