21 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” uduzdu – YENİLƏNİB

Misli Premyer Liqasında 7-ci tur davam edir.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. “Turan Tovuz” evdə “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” – 1:2 

Qollar: Ramon Maçado, 44 (0:1), Abbas Qüseynov, 48 (1:1), Felipe Santos, 55 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43