07 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” və “Qarabağ” qalib gəldi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə iki görüş baş tutub.

Tovuzda “Turan Tovuz” “Zirə”ni məğlub edib – 1:0. Bu nəticənin ardından xallarının sayını 18-ə çatdıran Tovuz təmsilçisi ikinci pillədə qərarlaşıb. “Qartallar” isə 15 xalla dördüncüdür.

Turnir cədvəlinin lideri “Qarabağ” isə “Sumqayıt”la səfərdə qarşılaşıb. Ağdam klubu görüşdən qalib ayrılıb – 1:0. “Köhlən atlar” 21 xalla birinci, “Sumqayıt” isə 7 xalla yeddincidir.

Misli Premyer Liqası
IX tur

6 oktyabr

17:45 “Turan Tovuz” – “Zirə” 1:0

Qol: Faiq Hacıyev, 89
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 “Sumqayıt  – Qarabağ 0:1

QOl: Elvin Cəfərquliyev, 74
Baş hakim: Elçin Məsiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43