Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Qarşılaşma ev sahibinin qələbəsi ilə başa çatıb – 2:1.
Meydan sahibləri bu qələbə ilə 29 xalla 6-cı pilləyə yüksəlib. Qonaqlar isə 15 xalla sonuncu pillədə qərarlaşıblar.
Günün 2-ci görüşündə “Zirə” və “Sumqayıt” üz-üzə gəlib. Oyun başladığı kimi də bitib – 0:0. Paytaxt klubu 32 xalla dördüncü, “gənclik şəhəri” təmsilçisi 35 xalla ikincidir.
Tura “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilə yekun vuruldu. Meydan sahibləri oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə penaltidən düzgün istifadə edərək qələbə qazanmağı bacarıb – 1:0. Naxçıvan klubu xalını 30-a yüksəldib, “ağ-qaralar” isə 32 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
XXII tur
13 fevral
15:00. “Turan Tovuz” – “Qəbələ” 2:1
Qollar: Aleks Souza, 43 (1:0), Ayxan Quseynov, 53 (2:0), BileI Auaşeriya, 72 (2:1)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev/
Hakim-inspektor: Ramil Diniyev/
AFFA nümayəndəsi: Nəriman Axundov/
Tovuz şəhər stadionu
17:15. “Zirə” – “Sumqayıt” 0:0
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov/
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İK stadionu
19:30. “Araz-Naxçıvan”– “Neftçi” 1:0
Qol: Orxan Əliyev, 90+1
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Dalğa Arena”