18 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” yeni transferini açıqladı – RƏSMİ

“Sabah” klubu futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi “Turan Tovuz” klubuna transfer olunub.

Qeyd edək ki, Veysəl Rzayev 2022-ci ilin yayından icarə əsasında “Turan Tovuz”da çıxış edirdi.

Əlavə edək ki, “Turan Tovuz” bu yay  Tural Bayramlı, İvan Konovalov, Sergey Samok və Kristian da Silvanı da heyətə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43